Dünya Özəl

Terror hücumu nəticəsində 27 turist həlak olub

Terror hücumu nəticəsində 27 turist həlak olub

Hindistanın şimalında yerləşən Cammu və Kəşmirdə baş verən atışma nəticəsində azı 27 turist ölüb, 20-yə yaxın turist isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə News18 telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında ən azı iki əcnəbi də var. Nəşr bildirir ki, silahlı terrorçular Baysaran vadisində cığara çıxan turistlərə atəş açıblar.

Regional lider Ömər Abdullah bildirib ki, hücum son illərdə mülki şəxslərə qarşı həyata keçirilən hücumlardan qat-qat böyükdür.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova