Hadisə

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Demokrat.az xəbər verir ki, hadisə “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

NE
Nihadə Eyyubova