Hadisə

Bakıda mebel sexi yandı

Bakıda mebel sexi yandı

Bakıda mebel sexi yanıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan mebel sexinin tavanı 25 m² sahədə və içərisində olan materiallar 10 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az