Hadisə

Bakı-Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü

Bakı-Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü

Aprelin 18-də saat 12:20-də Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib".

Bu barədəOxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantıElvin Hacıyevməlumat verib.

Bildirilib ki, Fəzail Şadoğlan oğlu Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı, 99-BT-665 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış DAF markalı, 99-RR-219 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova