Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl üzləşdiyi dələduzluqdan danışıb.
Axşam.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "Günə bax" verilişində deyib. Aktrisa itirdiyi məbləğin 200 min manata yaxınolduğunu açıqlayıb.
"Biri var, dələduz sənin üzərində işləyir, o pulu səndən çıxarır. Bir də var, sən özün elə buna meyillisən. Mən pulu dələduzlara verməyə meyilliyəm. Həddindən artıq çox itirmişəm. Bəlkə də200 min manat olar.Belə olmağıma baxmayın, saf insanam" deyə, Pərvin vurğulayıb.
Qeyd edək ki, Əməkdar artistlərSənubər İsgəndərli,Fərqanə Qasımova, müğənni Kamilə Nəbiyeva, rəqqasələrRənaAğamuradova (Renka),Fatimə Fətəliyeva, aparıclarMətanət Əliverdiyeva,İlkin Həsəni,Tarix Əliyev(Tolik) dəkiberdələduzluqların qurbanı olduqlarını açıqlayıblar.


