ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumları 145%-ə qaldırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Amerikanın CNBC telekanalı məlumat yayıb.
Kanalın məlumatında deyilir ki, Ağ Ev cümə axşamı bildirib ki, Çinə ümumi tarif dərəcəsi faktiki olaraq 145% olacaq.
Məsələyə Tramp Çin mallarına 10% rüsum tətbiq etməklə başlayıb, sonra isə ölkəyə fentanilin (Çində istehsal olunan narkotik) idxalının davam etməsi səbəbindən rüsumlata daha 10% əlavə edib.
Əfsanə Kamal Demokrat.az


