Dünya

Myanmada zəlzələ qurbanlarının sayı artıb

Myanmada zəlzələ qurbanlarının sayı artıb

Myanmada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 3 600 nəfərə çatıb, 5 mindən çox insan isə yaralanıb.

Oxu.Azxəbər verir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.

Hazırda 160 nəfər itkin düşmüş hesab olunur.

Məlumata görə, Çin rəhbərliyi Myanmaya 100 milyon yuan (təxminən 13.8 milyon dollar) ayırmaq barədə qərar qəbul edib.

NE
Nihadə Eyyubova