Kriminal

Mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı — FOTO

Mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı — FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.

Demokrat.az-ın Qafqazinfo-ya istinadən məlumatəna görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.

Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.

Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.

Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mayora hücum edən kikboksçuların həbs müddəti uzadıldı — FOTO

NE
Nihadə Eyyubova