Gündəm

İftar menyusunda bu gün

İftar menyusunda bu gün

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Kələm şorbası Ərzaqlar: Kələm - 1 kq. Kərə yağı - 1 xörək qaşığı Soğan - 1 ədəd Yaşıl soğan - 200 qr. Kəvər - 200 qr. Kök - 1 ədəd Un - 1/4 stəkan Mixək - 2 ədəd Qaymaq - 2 xörək qaşığı Yağsız pendir rəndəsi - 2 xörək qaşığı Duz zövqə görə

Hazırlanması:

Kələmi yarpaqlarını ayıraraq yuyun. İncə doğradıqdan sonra bir az qaynadın. Bir qazana kərəyağını töküb əridin. Əvvəl incə doğranmış soğanı və yaşıl soğanı qızardın. Rəndələnmiş kökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin. Qarışığın üstünü örtəcək qədər su tökdükdən sonra kəvəri və mixəyi əlavə edərək, 45 dəqiqə bişirək. Ocaqdan götürməmişdən qabaq duz əlavə edin. Sonda rəndələnmiş pendiri səpin. Süfrəyə verərkən üzərinə 1 çay qaşığı qaymaq əlavə edin.

NE
Nihadə Eyyubova