ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqı və Kanadanı daha çox tariflər tətbiq etməklə hədələyib.
Demokrat.azAPA-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social” platformasındakı paylaşımında bildirib. "Əgər Avropa İttifaqı ABŞ-a iqtisadi zərər vermək məqsədilə Kanada ilə birgə işləyərsə hazırda planlaşdırılandan çox daha böyük miqyaslı tariflər Aİ və Kanadaya tətbiq ediləcək”, - Tramp qeyd edib.


