Dünya

Hakan Fidan ABŞ-yə səfər edəcək

Hakan Fidan ABŞ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ)səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio vədigərrəsmilərlə görüşü planlaşdırılır.

Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yəsəfəri ilə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək.

NE
Nihadə Eyyubova