Gündəm

Prezident tapşırıq verdi: Qırğızıstana yardım göndərildi — FOTOLAR

Prezident tapşırıq verdi: Qırğızıstana yardım göndərildi — FOTOLAR

AzərbaycanPrezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstanatəmənnasız olaraq maddi-texniki yardım göndərilib.

Demokrat.az“Report”a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.

Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

Prezident tapşırıq verdi: Qırğızıstana yardım göndərildi — FOTOLAR

Prezident tapşırıq verdi: Qırğızıstana yardım göndərildi — FOTOLAR

Prezident tapşırıq verdi: Qırğızıstana yardım göndərildi — FOTOLAR

NE
Nihadə Eyyubova