Avtobus sürücüsünə hücum edənşəxslərdəndaha biri tutulub.
Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.
DİN rəsmisi qeyd edib ki, martın 12-də Abşeron rayonu ərazisində marşrutavtobusu sürücüsünəxuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilən qrupun digər üzvü 35 yaşlı Toğrul Rəfizadə də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam etdirilir.


