Hadisə

Azərbaycanla sərhəddə yanğın — Yaralılar var

Azərbaycanla sərhəddə yanğın — Yaralılar var

Ermənistanın Tavuş rayonunun Ayqehovit(Uzuntala) kəndi yaxınlığında - Azərbaycanla sərhəd bölgəsində yanğın baş verib.

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində iki nəfər yaralanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana qədər üzüm bağları və kolluqlar yanıb.

Daha sonra yanğının qarşısını almaq mümkün olub.

NE
Nihadə Eyyubova