Hadisə

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vuraraq öldürməkdə şübhəli bilinir — YENİLƏNİB

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vuraraq öldürməkdə şübhəli bilinir — YENİLƏNİB

Xəbər verdiyimiz kimi Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

Hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

xxx

Qaxda maşın piyadanı vuraraq öldürüb.

Hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

NE
Nihadə Eyyubova