Dünya

Rövşən Əsgərov yenidən axtarışa verildi

Rövşən Əsgərov yenidən axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) barəsində cinayət işi açılmış "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu yenidən axtarışa verib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya DİN-in saytı məlumat yayıb.

Məlumatda deyilir: "Xüsusi əlamətlər: yenidən axtarışa verilib. Daha əvvəl axtarışda idi…".

Qeyd edək ki, bunadək Rusiyada məhkəmə R.Əsgərov barəsində qiyabi həbs qərarı çıxarıb.(oxu.az)

NE
Nihadə Eyyubova