Siyasət

Ermənilərin basdırdığı daha 428 mina zərərsizləşdirildi

Ermənilərin basdırdığı daha 428 mina zərərsizləşdirildi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Demokrat.az-a verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 862,5 hektar ərazi minalardan təmizlənib.

NE
Nihadə Eyyubova