Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.
Hadisə rayonun Xocavənd kəndi ərazisindəbaş verib.
"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçininmaşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(Report)


