Ötən il turizm məqsədi ilə xarici ölkələrə 1 milyon 365 min 589 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Demokrat.azYeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 22 min 595 nəfəri və ya 1,6%-i xarici ölkələrə dini ziyarət məqəsdi ilə gedib.
Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 11 899 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.
Azərbaycan vətəndaşları ötən il dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 11 899 nəfər Türkiyə – 3 473 nəfər Birləşmiş Ərəb Əmirlikləri – 2 676 nəfər Rusiya – 2 068 nəfər İran – 973 nəfər İraq – 908 nəfər Gürcüstan – 236 nəfər Qazaxıstan – 207 nəfər İsrail – 58 nəfər Özbəkistan – 47 nəfər Qətər – 23 nəfər Küveyt – 1 nəfər Digər ölkələr – 26 nəfər


