Hadisə

Avtobus piyadanı vuraraq öldürüb — YENİLƏNİB

Avtobus piyadanı vuraraq öldürüb — YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunun piyadanı vuraraq öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Report"a bildirib ki, fevralın 19-da saat 22:00 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində 1961-ci il təvəllüdlü İlqar Əliyev idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə yolu keçən 1973-cü il təvəllüdlü Z.Xibabayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

***09:39

Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb.

Demokrat.az xəbər verir ki, 1961-ci il təvəllüdlü İlqar Müseyib oğlu Əliyev idarə etdiyi “Daewoo” markalı 76 saylı marşrut avtobusu ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Zahid Qədim oğlu Xibabayevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

NE
Nihadə Eyyubova