Gündəm Özəl

Putindən Ər-Riyaddakı danışıqlarla bağlı AÇIQLAMA

Putindən Ər-Riyaddakı danışıqlarla bağlı AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin, Moskva və Vaşinqton nümayəndələrinin Ər-Riyaddakı görüşünüşərh edib.

Demokrat.az xəbər verir ki, Putin danışıqlar zamanı atmosferin mehriban olduğunu bildirib.

O, danışıqların nəticələrini “müsbət” kimi qiymətləndirdiyini vurğulayıb.

Dünən Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub.

Danışıqlar bir sıra iqtisadi layihələr üzrə ölkələr arasında əməkdaşlığın bərpasına, o cümlədənUkraynadakı münaqişənin həlli üçün mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova