Xarici siyasət

Prezident Bəhreyn Kralına məktub ünvanladı — FOTO

Prezident Bəhreyn Kralına məktub ünvanladı — FOTO

Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevdən məktub alıb.

Demokrat.az xəbər verir ki, bu barədə Bəhreyn KİV-i məlumat yayıb.

Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev monarxa ünvanlanmış məktubu bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyaniyə təqdim edib.

Bildirilib ki, məktub Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərə aiddir.

Görüş zamanı tərəflər həmçinin əməkdaşlığın mövcud səviyyəsini və genişləndirilməsi yollarını müzakirə ediblər.

Prezident Bəhreyn Kralına məktub ünvanladı — FOTO

D
demokrat.az