Şou-biznes

İnsult keçirən Nazimin səhhəti necədir?

İnsult keçirən Nazimin səhhəti necədir?

Xəbər verdiyimiz kimi, müğənni Nazim Pişyari (Faytonçu)işemik insult keçirib.

Sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb:

“Dünən mağazadan çıxanda halı pisləşib yıxılıb. Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir”.

K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu deyib:

“Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi”.

NE
Nihadə Eyyubova