Azərbaycan ordusunun əsgəri həlak olub.
Hadisə odlu silahdan açılmış atəş nəticəsində baş verib.
Demokrat.az xəbər verir ki, hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Camal Nizami oğlu Hüseynov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.


