Gündəm

"Bütün məhəllə yerlə-yeksan oldu"

Bütün məhəllə yerlə-yeksan oldu

Xəbər verdiyimiz kimi, Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub.

Sənətçi bu barədə “Posta”ya müsahibə verib.

“Xatirələr, studiyam, şəkillər, videolar, tablolar və kolleksiyam... Hamısı yandı. Bütün məhəllə yerlə-yeksan oldu. Dostlarımız, tanışlarımız evsiz qalıb”, - deyə, Kənan bildirib.

O deyib ki, yanğınlar tamamilə bitdikdən sonra Berenlə birgə evlərinə gedəcəklər.

NE
Nihadə Eyyubova