Xarici siyasət

Ərdoğan Azərbaycana göndəriləcək səfirlə görüşdü

Ərdoğan Azərbaycana göndəriləcək səfirlə görüşdü

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Maarif Fondunun rəhbəri Birol Akgünü qəbul edib.

Demokrat.azxəbər verir ki, prezident sarayında baş tutan qəbul mətbuata qapalı keçirilib.

Görüşün detalları açıqlanmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olacaq.

Səfirin tezliklə Azərbaycana gələcəyi və səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

NE
Nihadə Eyyubova