"Xalq Azəri necəsevirmiş... Nə adı, nə də sanı var. Xalqın sevgisi budur".
Axşam.az xəbər verir ki, bu sözləriƏməkdar artist Kübra Əliyevamərhum aktyor Azər Baxşəliyevlə bağlı danışarkən deyib. Aktrisa Xalq artisti fəxri adını almadığı üçüngiləylənmədiyini bildirib:
"Hərdən mənə də deyirlər ki, sənə Xalq artisti verməyiblər. Əzizlərim, bu daha yaxşıdır. Sizin sevginiz məni yaşadır, inanın. Allahdan can sağlığı və yetəri qədərruzi istəyirəm. Artıq kim istəyirsə, ona versin. Mən nə villa, nə də çoxlu pul istəyirəm.
Allah Azərə rəhmət eləsin. Onunla ailəsinə səbr diləyirəm".


