Sosial

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Demokrat.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

NE
Nihadə Eyyubova