Dünya

Türkiyə ordusu 36 terrorçunu məhv etdi

Türkiyə ordusu 36 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriya və İraqın şimalında 36 terrorçunu zərərsizləşdirib.

Demokrat.azOxu.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalında müəyyən edilən 32 PKK/YPG terrorçusu, İraqın şimalında isə 4 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Harada olurlarsa, olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - məlumatda bildirilir.

NE
Nihadə Eyyubova