Hadisə

Xaçmazda 76 yaşlı kişi müalicəvi hovuzda öldü

Xaçmazda 76 yaşlı kişi müalicəvi hovuzda öldü

Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

Demokrat.az-ın məlumatına gorə, müalicə məqsədilə hovuzda dincələn 1948-ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib.

Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova