Hadisə

Rüfət Bədirov: "189-un "ayıq sürücü"sü 300 minlik maşınımı əzib" (VİDEO)

Rüfət Bədirov: 189-un ayıq sürücüsü 300 minlik maşınımı əzib (VİDEO)

Ayıq sürücü - Bakıda getdikcə populyarlaşır, lakin qəza, vurulan avtomobillər və gözlənilməz xərclər bu xidmət ətrafında narazılıq yaradır. Azərbaycanda bu xidməti təşkil edən taksi xidmətlərinin hüquq və vəzifələrini müəyyən edən qanunvericilik yoxdur. Nəticədə müştərinin özü hər şeyi həll etmək məcburiyyətində qalırlar.

Oxşar xoşagəlməz hadisələrdən biri "FACE Studio" gözəllik salonunun direktoru Rüfət Bədirovun başına gəlib.

189 kimi fırıldaq şirkət hələ görməmişəm! Bayaq 189-dan ayıq sürücü çağırdım. Oturdu maşına heç 1 dəqiqə keçmədi girdi səkiyə maşının diski və təkərini cırıq-cırıq elədi. Zəng vurdum ora deyirəm bəs belə-belə oldu, rahatcasına cavab verirlər ki, biz heç bir məsuliyyət daşımırıq. Biz sadəcə zəngləri yönəldirik, gedin nə istəyirsiz edin.

Bununla 300.000 manatlıq maşını bax belə rahatcasına "stroy"dan çıxardılar və deyirlər ki, get nə isəyirsən elə bizlik deyil. İnşallah bir tədbir görəcəyəm bunlara qarşı sadəcə bunu yazıram ki, heç kəs mənim vəziyyətimə düşməsin bunları çağıraraq!", - deyə Rüfət Bədirov səhifəsində paylaşıb.

D
demokrat.az