Dünya

Azərbaycan Qahirədə D8 sammitində təmsil olunur

Azərbaycan Qahirədə D8 sammitində təmsil olunur

Qahirədə D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammiti işə başlayıb. Azərbaycanın Baş naziri Əli Əsədov sammitdə iştirak edir.

“Əl-Əhram” portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb.

Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir.

Misir gələn ilin sonunadək D8-ə sədrlik edəcək. (Bizim.Media)

NE
Nihadə Eyyubova