Hadisə

Dəhşətli qəzada xəsarət alan yeniyetmədən xəbər var

Dəhşətli qəzada xəsarət alan yeniyetmədən xəbər var

Tovuzda 6 nəfərin ölümü ilə baş verən qəzada ağır xəsarət alan yeniyetmə Gəncəyə aparılıb.

"Mercedes" ilə "VAZ-2106" markalı minik avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə göndərilib.

Qeyd edək ki, ağır yol nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə " VAZ-2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbçi olmaqla 6 nəfər hadisə yerində ölüb.

Qəza ilə bağlı cinayət işi açılıb. (Unikal)

NE
Nihadə Eyyubova