Gürcüstan vətəndaşı olan əslən azərbaycanlı ictimai fəal, jurnalist və sosioloq Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib.
Bu barədə S.Bayramova özü sosial şəbəkə hesabında açıqlayıb.
Onun sözlərinə görə, Varşava-Tbilisi reysi əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvanda məcburi eniş edib: "Gürcüstan vətəndaşı olaraq ölkəyə buraxılmadım, (dedilər ki - red.) “milliyyətiniz problemdir”. Niyə biz bu münaqişənin bir hissəsi olmalıyıq?"
İctimai fəal buna görə Paşinyan rejimini qınayıb.
Qeyd edək ki, S.Bayramova ermənipərəst mövqeyi ilə tanınırdı. (Unikal)


