İdman

“Qarabağ”ın iki üzvü Avroliqanın rəmzi komandasında

“Qarabağ”ın iki üzvü Avroliqanın rəmzi komandasında

UEFA Avropa Liqasında qrup mərhələsindaIII turunun rəmzi komandası müəyyənləşib.

Demokrat.az-ın məlumatına görə, 11-likdən ibarət simvolik komandaya "Qarabağ"dan iki futbolçu daxil olub.

Bunlar Azərbaycan çempionunun heyətində hər iki qolda payı olan yarımmüdafiəçi Dani Kintana (1 qol, 1 assist) və digərin qolun müəllifi, sol cinah müdafiəçisi - Aylton Silvadır.

Qeyd edək ki, ilk dəfə olaraq rəmzi heyətə Azərbaycanklubunun iki futbolçusu düşür. D.Kintana yalnız ötən turda təkbaşına bu simvolik heyətə salınmışdı

D
demokrat.az