Gündəm

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ: Noyabrın 13-dək...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ: Noyabrın 13-dək...

Hava şəraiti haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya XidmətindənDemokrat.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

NE
Nihadə Eyyubova