Maraqlı

67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə cavab verdi -“Bir az da klassikanı oxuyun"

67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə cavab verdi -“Bir az da klassikanı oxuyun

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkələrdə yaşlı vəzifə sahibləri əleyhinə yazılanlara özünəməxsus tərzdə münasibət bildirib.

Demokrat.az-ın Moderator.az-a istinadənməlumatına görə, 67 yaşlı səfir bildirib:

“Bir az da klassikanı oxuyun:

"Nə qədər olsa qoca gərçi Vidadi xəstə, Yenə Vaqif kimi əlbəttə, yüz oğlana dəyər".

Tarixi qaynaqlara inansaq, təxminən 85-90 yaşlı Molla Vəli Vidadi 75-80 yaşlı "gənc dostu" Molla Pənah Vaqifdən daha güclü və enerjili olduğunu iddia edərək, məşhur deyişmədə belə demişdi!”.

D
demokrat.az