Sosial

Həyatda, evdə, cəmiyyətdə və jurnalistikada ağsaqqal: — Qulu Məhərrəmli 70 il…

Həyatda, evdə, cəmiyyətdə və jurnalistikada ağsaqqal: — Qulu Məhərrəmli 70 il…

Çox yəqin, ömrün 70 çağında hər şey başqa olur. Təbiət etibarı ilə götürsək, bu yaş ağsaqqallıq, ahıllıq yaşıdır.Həyatda ağsaqqal, evdə ağsaqqal, cəmiyyətdə ağsaqqal, bir də bunlarla yanaşı jurnalistikada ağsaqqal olmaq var.

Əslində, ən çətini də məhz budur. Məsələn, qatlayın bir əlinizin barmaqlarını və sayın.

Görün, cəmi bir əlin barmağını keçirmi?

Söhbət, əlbəttə, yaşın rəqəmlərinin çoxluğundan getmir.

Söhbət mahiyyət olaraq ağsaqqal olmaqdan gedir.

Bəli, o ağsaqqal, o qocaman jurnalistQulu Məhərrəmlidir.

Bu gün görəsən,Qulu Məhərrəmligeriyə baxanda nə görür?

Fikrimcə, əgər geriyə baxanda qət etdiyin yol gözünə durursa, demək, heç yaşamamısan da.

Əlbəttə,Qulu Məhərrəmliömründən geriyə baxılsa, uzun bir yol görünür. Elə “orada bir yol var uzaqda, o yol bizim yolumuzdur” misalı.

AmmaQulu Məhərrəmlio yolu gedib, o yola varıb, o yolu davam da etdirir.

Onun çəkdiyi yol bu gün “əsas magistral” yoldur, işıqdır, tutunacaqdır.

Gözünü və sözünü jurnalistikaya açanQulu Məhərrəmliözünü də, ürəyini də həmişə burda gördü, görür və görəcək.

Üstəlik, bütün bu ömür, fəaliyyət də öz nəticəsini göstəribsə, demək, dərindən nəfəs almaq olar.

Bu günQulu Məhərrəmliömrü özünü bir çox formalarda göstərir. Heç nə yox, təkcə yetişdirdiyi tələbələrin kimliyinə, işinə baxılsa, bu qocaman ustadın hər şeyi bəlli olur.

Həyatda, evdə, cəmiyyətdə və jurnalistikada ağsaqqal: — Qulu Məhərrəmli 70 il…

Özü də, bütün bunların fonunda xarakter nümayiş etdirmək. Bax bu, heç də asan iş deyil. Dərindən götürsək, indiki an və şərtlər üçün bir qədər də müşküldür.Qulu Məhərrəmliisə bu müşkülün düyünlərini açıb.

70 yaşlı qocaman jurnalistin ömür yolu həm məşəqqətlidir, həm də ləzzətli. Bu ləzzəti də o məşəqqətlər çəkmiş jurnalistin özü bilər, əməlləri də göstərir.

Jurnalistikaya, televiziyaya yeni baxış, yeni nəfəs gətirmək, bu yaşa qədər bu ağır şərtlər altında gəlib çatmaq, hələ bir üstünə çox sevilmək də, nə bilim…

Əlbəttə, məsələn, buradaQulu Məhərrəmlinin bioqrafiyasını, standart cümlələrlə həyatını da yazmaq olar. O, harada doğulub, necə, nə cür təhsil alıb, hansı işləri görüb, nə kimi faydaları olub.

Fəqət bunlar xüsusi ilə bu gün hər kəs tərəfindən bir daha bilinir, yazılır, deyilir.

Bəs bu yazı nədir?

Bu yazı ağsaqqal jurnalistə daha uzun, daha sağlam, daha da faydalı ömür arzu etməkdir. Onun timsalında jurnalistikanın bir az da çox sevilməsini istəməkdir.

Onun timsalında çətin yollarda çətinliklərə sinə gəlməyin nə olduğunu bilməkdir.

Gununsesi.infokollektivinin dostu olan dəyərliQulu müəllimətəbrik əvəzi.

NE
Nihadə Eyyubova