Gündəm

COP29-a görə 10-dan çox avtobus işləməyəcək

COP29-a görə 10-dan çox avtobus işləməyəcək

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 4 günündə 10-dan çox marşrut xətti üzrəavtobusların hərəkətidayandırılacaq”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O qeyd edib ki, sabahdan hər bir marşrut haqqında məlumatlar paylaşılacaq: “Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik.

Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk".

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

NE
Nihadə Eyyubova