Kriminal

Altı gün əvvəl kirayə tutduğu evdə ölü tapıldı

Altı gün əvvəl kirayə tutduğu evdə ölü tapıldı

Xırdalanda gənc oğlan qazdan boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Şıxəli Qurbanov küçəsindəki evdə baş verib.

2000-ci il təvəllüdlü Xəyyam Daşdəmirovun meyiti 6 gün əvvəl kirayə tutduğu evdən tapılıb. İlkin araşdırma zamanı onun qazdan boğulması müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

NE
Nihadə Eyyubova