"Hadisə gur saatda olub. İki xəttin yalnız bir elektrik deposu var. Buna görə əvəzinə qatar yalnız "Nərimanov" elektrik deposundan verilir".
Demokrat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu səbəbdən həmin qatar "Dərnəgül"ə qədər hərəkət edib geri qayıdana qədər intervalı azaltmaq mümkün olmur:
"Bu an üçün əsl və yeganə səbəb budur. Gur saatda bir qatarın xətdən çıxarılması məcburiyyəti yetərlidir ki, sıxlıq ifrat həddə yaxın olsun".
***08:34
Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə Demokrat.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.


