Dünya Özəl

Putin Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcək

Putin Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcək

G20 sammitində ölkənin maraqlarını kimin yüksək səviyyədə təmsil edəcəyini Rusiya hakimiyyəti müəyyən edəcək.

Demokrat.az xəbər verir ki , bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Braziliyada ölkəmizin maraqlarını layiqincə təmsil edəcək birini tapacağıq”, - deyə dövlət başçısı bildirib.

Braziliya 2023-cü il dekabrın 1-də G20-yə sədrlik edib. Yekun sammit 18-19 noyabrda Rio-de-Janeyroda baş tutacaq.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Qərb ölkələrinin G20-nin əvvəlki iclasında gündəmi “Ukraynalaşdırmaq” cəhdləri cənubun əksər dövlətlərinin dəstəyinin olmaması səbəbindən uğursuz olub.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova