Dünya Özəl

Məşhur gürcü qrupu çıxışını ləğv etdi

Məşhur gürcü qrupu çıxışını ləğv etdi

Gürcüstanın məşhur “Mqzavrebi” (“Səyahətçilər”) musiqi qrupu oktyabrın 20-də meriya tərəfindən açılan yeni Tbilisi parkında çıxışını ləğv edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb .

Təşkilatın bəyanatında deyilib ki, “Konsert ləğv edilib. Gürcüstanın gələcəyi Avropadadır”.

Şəhər rəhbərliyi parkın açılışının qeyd edilməsinin hələ də davam edəcəyini bildirib.

Oktyabr ayında Avropa Şurası Brüsseldə keçirilən sammitdən sonraGürcüstanın Avropa İttifaqınadaxil olması prosesininde-fakto dayandığını elan etdi. Avropa Parlamentinin deputatları hesab edirlər ki, Gürcüstan hakimiyyətinin hərəkətləri Avropa dəyərlərinə ziddir. Onlar, LGBT təbliğatına qoyulan qadağanın ləğvini tələb edirlər.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova