Siyasət

23 ilin prorektoru işdən çıxarıldı — Yerinə baş stomatoloq gətirildi (FOTOLAR)

23 ilin prorektoru işdən çıxarıldı — Yerinə baş stomatoloq gətirildi (FOTOLAR)

2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib.

Demokrat.azQaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub.

Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.

Qeyd edək ki, bir neçə gün əvvəl ATU-nun elmi işlər üzrə prorektoru Bəylərov Rauf Oruc oğlu da vəzifəsindən azad edilib və yerinə Sultanova Məlahət Cahangir qızı təyin olunub.

İşdən çıxarılan prorektorlar ATU-da kafedra müdiri olaraq fəaliyyətlərini davam etdirirlər.

23 ilin prorektoru işdən çıxarıldı — Yerinə baş stomatoloq gətirildi (FOTOLAR)

Sabir Əliyev

23 ilin prorektoru işdən çıxarıldı — Yerinə baş stomatoloq gətirildi (FOTOLAR)

Nazim Pənahov

NE
Nihadə Eyyubova