Hadisə

Gəncədəki partlayışda ölən və yaralananların adları

Gəncədəki partlayışda ölən və yaralananların adları

Gəncədə İsax Cəfərov küşəsi 13 saylı binada baş verən partlayış nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Demokrat.azBizim.Media-ya istinadən xəbər verir ki, səhər saat 6:00 radələrində baş verən güclü partlayış binanın 4-cü mərtəbəsində, 46 saylı evdə baş verib.

Hadisə zamanı həmin ünvanda olan 1960-ci il təvəllüdlü Mehriban Haşıyeva və ilkin ehtimala görə onunla bir ünvanda kirayədə qalan 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva həyatlarını itiriblər. Hadisə zamanı digər mənzillərdə yaşayan 4 nəfər, Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı, 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğlu və onun oğlu Orucov Əsəd Bəxtiyar oğlu isə yaralanıblar.

NE
Nihadə Eyyubova