Dünya

Ukrayna Maliyyə Nazirliyində bomba həyəcanı

Ukrayna Maliyyə Nazirliyində bomba həyəcanı

Ukrayna Maliyyə Nazirliyinin əməkdaşları bomba təhlükəsi barədə məlumat aldıqdan sonra Kiyevdəki binadan təxliyə ediliblər.

Oxu.Azbu barədə TASS-a istinadən xəbər verir.

"Mina təhlükəsi ilə bağlı məlumat almağımızla əlaqədar olaraq, müvafiq cavab tədbirlərinin görülməsi üçün Maliyyə Nazirliyinin binasını tərk etməyinizi xahiş edirik", - nazirlikdən əməkdaşlara verilən xəbərdarlıqda bildirilib.

Qeyd edək ki, bu gün Ukraynanın Lissabondakı (Portuqaliya) səfirliyi də analoji səbəbdən boşaldılıb.

NE
Nihadə Eyyubova