Kriminal

Şamaxı yolundakı körpüdən özünü atmaq istədi

Şamaxı yolundakı körpüdən özünü atmaq istədi

Abşeron rayonunda gənc qız intihara cəhd edib.

Demokrat.az xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 18-ci kilometrliyindəki körpüdə baş verib.

Bakı şəhər sakini 1995-ci il təvəllüdlü A. Abdullayeva körpünün üzərinə çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Araşdırma aparılır. (Qafqazinfo)

NE
Nihadə Eyyubova