Türkiyənin üç böyük klubu Azərbaycanın 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə xalqımızıtəbrik edib.
Demokrat.az xəbər verir ki, ilk olaraq "Fənərbağça", ardınca "Qalatasaray" və "Beşiktaş" feysbukda rəsmi səhifə vasitəsilə öz təbriklərini çatdırıb.
"Fənərbağça"nın sosial hesabında "Dost ve kardeş ülke Azerbaycan'ın Bağımsızlık Günü kutlu olsun" kimi təbrik yer alıb.
"Qalatasaray"ın təbrikpaylaşımında deyilir: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".
"Beşiktaş"ın rəsmi səhifəsində isə bu sözlər qeyd olunub: "Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. İki dövlət, tək millət".
Zaur





