Sosial

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunda qaz olmayacaq.

Demokrat.azxəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

NE
Nihadə Eyyubova