Hadisə

Bakıda irigövdəli ağac avtomobilin üzərinə aşdı — VİDEO

Bakıda irigövdəli ağac avtomobilin üzərinə aşdı — VİDEO

Ötən gün, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində əsən külək nəticəsində iri bir ağac aşaraq parklanan avtomobilin üstünə düşüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, hadisə gecə saatlarında baş verib və xoşbəxtlikdən hadisə zamanı avtomobilin içərisində heç kim olmayıb.

Maşına ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

NE
Nihadə Eyyubova